"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov legioner həyatı yaşaya bilər. Matc.az xəbər verir ki, bu barədə məlumat Almaniya mətbuatında yazılıb.

Yerli jurnalistlərdən biri milli komandamızın üzvünün Polşaya köçmək ehtimalının olduğunu vurğulayıb. Onun sözlərinə görə, 24 yaşlı futbolçu "Lex"in maraq dairəsindədi. Həmkarımız Poznan klubunun bu transfer üçün "Neftçi" ilə danışığa hazırlaşdığını iddia edib.

"Ağ-qaralar"la müqavilə müddəti gələn ilin yayına qədər olan Abbasov komandasını dəyişməkdə qərarlıdı. Onunla yerli klublar "Sabah" və "Səbail" də yaxından maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest