"Beşiktaş" baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Matc.az xəbər verir ki, Superliqanın sonuncu – XXXIV turunda "Kasımpaşa" ilə oyunda təcrübəli mütəxəssis İstanbul nəhəngini vida matçına çıxarıb.

"Ağ-qaralar" onun rəhbərliyi altında son qarşılaşmasında 3:2 hesablı qələbə qazanıb və mövsümü 3-cü pillədə başa vurub. Günəş bundan sonra Türkiyə millisini çalışdıracaq.

Qeyd edək ki, 2015-16 mövsümündən "Beşiktaş"da işləyən Şenol Günəş komandanı 2 dəfə Türkiyə çempionu edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest