"Real"ın kapitanı Serxio Ramosun xidmətində 4 klub maraqlıdır. Matc.az saytının məlumatına görə, müdafiəçi klubundan ayrılmaq istəsə, Avropanın adlı-sanlı klublarına keçə bilər.

AS nəşri iddia edir ki, Ramosa İngiltərədən iki təklif var. O, "Mançester Yunayted" və "Liverpul"un maraq dairəsinə düşüb. İtaliyadan isə "Yuventus" Serxio ilə maraqlanır.

İspaniya millisinin müdafiəçisinə çindən də yüksəködənişli təklif gəlib. Amma iddia edilir ki, Ramos üçün yüksək ödəniş heç də ilk sırada deyil.

Qeyd edək ki, "Real"la 2021-ci ilə kimi müqaviləsi olan müdafiəçinin hazırkı bazar qiyməti 30 milyon avro ərəfəsində dəyərləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest