"Milan" baş məşqçi axtarışlarını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "rossonyerlər" həftəsonu keçiriləcək son tur oyununun ardından Cennaro Qattuzonu istefaya göndərməyi planlaşdırır.

Komanda çempionlar Liqasına vəsiqə qazana bilməsə, Qattuzo qovulacaq və yeni baş məşqçi təyin olunacaq. Bu posta namizədlər sırasına "Monako"nun çalışdırıcısı Leonardo Yardimin də adı əlavə olunub.

Qeyd edək ki, "Milan" hazırda 5-ci pillədə qərarlaşıb və ilk "4-lük"dən 1 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest