"Arsenal" kapitanı Loran Koselni ilə yollarını ayırmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, londonlular onunla müqaviləyə xitam verə bilər.

Buna səbəb 34 yaşlı müdafiəçinin tez-tez zədələnməsidi. Artıq 3 klub - "Bayer", "Renn" və "Milan" Koselninin qapısını döyüb. "Topçular" hətta onu əvəzləyəcək oyunçunu da tapıblar. Premyer Liqa təmsilçisi müdafiənin mərkəzini "Barselona"lı Samuel Umtiti ilə gücləndirməyi düşünür. Bunun üçün İspaniya nəhənginə 60 milyon avro təklif ediləcək.

Əgər belə olarsa, Koselni mayın 29-da Bakıda "çelsi"yə qarşı keçiriləcək Avropa Liqasının final görüşündə son dəfə kapitan sarğısında meydana çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest