"Bornmut"un vingeri Rayan Freyzer klubunu dəyişə bilər. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Arsenal" Şotlandiya millisinin üzvünü transfer etmək istəyir.
"Topçular" 25 yaşlı hücumameyilli oyunçunun özü və klubu ilə danışıqları yekunlaşdırmaq üzrədi. London təmsilçisi onu 30 milyon funt-sterlinqə transfer etməyə hazırlaşır.
Lakin Freyzerin taleyi Avropa Liqasının final matçının nəticəsindən asılıdı. Belə ki, "Arsenal" mayın 29-da Bakıda "çelsi"yə qarşı keçiriləcək həlledici qarşılaşmada qalib gələcəyi təqdirdə, komanda çempionlar Liqasına vəsiqə qazanacaq və rəhbərlik yeni transferlər üçün büdcə ayıracaq. Bu baş verərsə, baş məşqçi Unay Emerinin heyətdə görmək istəyəcəyi ilk oyunçu məhz Freyzer olacaq.
Qeyd edək ki, Rayan Freyzer geridə qalan mövsüm bütün turnirlərdə meydana çıxdığı 42 oyunda 8 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest