"Mançester Yunayted" "Vulverhempton"un hücumçusu Mateus Kunyanın 62,5 milyon funt-sterlinq (73,1 milyon avro) məbləğində sərbəst qalma maddəsini bir neçə hissədə ödəyə biləcəyinə ümid edir.

Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Bildirilir ki, yəqin ki, "qurdlar" böyük ehtimalla "qırmızı şeytanlar"ın təklifi ilə razılaşacaq. 25 yaşlı futbolçu "Mançester Yunayted"ə keçsə, onun maaşı həftədə 200.000 funt-sterlinqdən (234.000 avro) çox olacaq ki, bu da onu komandanın ən çox qazanan oyunçularından birinə çevirəcək.

Daha əvvəl, mətbuatda klubların Kunyanın transferi ilə bağlı razılığa gəldiyi xəbəri yayılmışdı.

Qeyd edək ki, Kunya bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib, 16 qol vurub və 4 məhsuldar ötürmə edib. 25 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 55 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest