"Yuventus"un hücumçusu Mario Mandzukiç Almaniyaya qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Dortmund "Borussiya"sı xorvatiyalı forvardın xidmətində maraqlıdı.

Maraqlıdı ki, 33 yaşlı oyunçunun keçidində almanların məsləhətçisi Mattias Zammer vasitəçilik etməyə çalışır. Bundesliqa təmsilçisi futbolçunu bu keçidə razı sala bilsə, "Yuventus" rəhbərliyi ilə danışıqlara başlayacaq. Ötən ay müqavilə müddətini 2021-ci ilə qədər uzadan Mario yeni baş məşqçi ilə söhbət etdikdən sonra gələcəyi ilə bağlı qərar verəcək.

Qeyd edək ki, Mario Mandzukiç Almaniyada "Volfsburq" və "Bavariya"nın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest