"Real" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Matc.az Argentina mətbuatına istinadən xəbər verir ki, Madrid klubu "Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandeslə yaxından maraqlanır.

"Real" argentinalı yarımmüdafiəçini ötən mövsüm karyerasını başa vurmuş Toni Kroosun davamçısı kimi düşünür. "Kral klubu" yayda 24 yaşlı oyunçunu heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Çelsi" Entso Fernandesi 2023-cü ilin yanvar ayında "Benfika"dan transfer edib. Argentina millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 39 oyunda 6 qol vurub, 10 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest