Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Matc.az xəbər verir ki, baş tutan iki qarşılaşmada finalçılar müəyyənləşib.

"Qarabağ" səfərdə minimal hesabla uduzduğu "Araz-Naxçıvan"ı qəbul edib. Qurban Qurbanovun komandası 3 cavabsız qolla finala vəsiqə qazanıb.

"Neftçi" isə ilk oyunda 2:1 hesabı ilə məğlub olduğu "Sabah"ın qonağı olub. Bərabərliklə nəticələnən qarşılaşmadan sonra, ümumi hesabda öndə olan "Sabah" tarixində ilk dəfə ölkə kubokunun finalına yüksəlib.

Beləliklə, finalda "Qarabağ" "Sabah"la üz-üzə gələcək.

Qeyd edək ki, ölkə kubokunun final qarşılaşması 31 may tarixində, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start baş tutacaq.

Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
23 aprel

"Sabah" – "Neftçi" - 1:1
Qollar: 
Cesse Sekidika, 23 // Emin Mahmudov, 40
(İlk oyun – 2:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bank Respublika Arena"

"Sabah"92. Stas Pokatilov 17. Tellur Mütəllimov 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 88. Xəyal Əliyev 4. Sofian Çakla 18. Pavol Safranko (k) 70. Cesse Sekidika 3. Con İrasabal 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 10. Namik Ələskərov 9. Anatoli Nuriyev 8. Ayaz Quliyev 15. Seymur Məmmədov 32. Elgün Dünyamalıyev 7. Boyan Letiç 20. Coy Lens Mikels 40. İqor Noqeyra 11. Kahim Parris 12. Vinsent Till 99. Neqoş Kupusoviç
Baş məşqçi: Vasili Berezutski

"Neftçi": 93. Rza Cəfərov (k) 10. Filip Ozobiç 8. Emin Mahmudov 3. Höccət Haqverdi 4. Elvin Camalov 91. Ağadadaş Salyanskiy 14. Edvin Kuç 99. Ervin Koffi 44. Yuri Matias 24. Mustafa Sek 88. Andrey Ştoqrin
Ehtiyat oyunçular: 1. Emil Balayev 30. Rustam Samiqullin 17. Rəhman Hacıyev 19. Azər Salahlı 7. Azər Əliyev 90. Ramil Şeydayev 78. Elcan Əbilov 47. Murad Məmmədov 22. Dembo Darboe 77. Yeqor Boqomolski 11. Aleks Fernandes
Baş məşqçi: Samir Abasov


"Qarabağ" – "Araz-Naxçıvan" - 3:0
Qollar: 
Yassin Benzia, 65, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77 (pen)
(İlk oyun – 0:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev
VAR: Kamal Umudlu
AVAR: Rauf Cabarov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu

“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 27. Toral Bayramov 90. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 7. Yassin Benzia 8. Marko Yankoviç 9. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 12. Sadiq Məmmədzadə 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 24. Aleksey İsayev 22. Musa Qurbanlı 81. Kevin Medina 66. Patrik Andrade 19. Redon Cica 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov

“Araz-Naxçıvan”: 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov 6. Vadim Abdullayev (k) 26. Ömər Buludov 16. Ramon Maçado 17. İssuf Paro 23. Nuno Rodriqes 8. Karlos Jatoba 4. İqor Ribeyro 97. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Slavik Alxasov 7. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 14. Miço Kuzmanoviç 10. Bernardo Dias
Baş məşqçi: Elmar Baxşıyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest