Bu gün UEFA Gənclər Liqasında növbəti oyunlar keçirilir. Matç.az saytı xəbər verir ki, Azərbaycan çempionu "Qəbələ" Moldovada "Şerif"lə qarşılaşıb.

çempionlar yolunda mübarizə aparan "qırmızı-qaralar"ın U-19 komandası I mərhələnin cavab oyununda 3:1 hesabı ilə qalib gəlib. Ev matçında 1:1 hesablı heç-heçə edən Emin İmaməliyevin komandası səfər qələbəsi sayəsində II mərhələyə yüksəlib.

"Qəbələ" Azərbaycan futbolu tarixinə Gənclər Liqasında mərhələ adlayan ilk komanda kimi düşüb.

Qeyd edək ki, təmsilçimiz II mərhələdə "Herta" (Almaniya) – "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Gənclər Liqası

çempionlar yolu

I mərhələ, cavab oyunu

"Şerif" (Moldova) - "Qəbələ" (Azərbaycan) - 1:3

Qollar: Vsevolod Nihayev, 53-p. - Samir Qurbanov, 43, 62, Vadim Dijinari, 63-avtoqol

"Şerif": 1. Vladislav Liharev, 8. Yeqor Qliqa, 9. Andrey Konohov, 11. Aleksandr Kuzmenko (k), 19. Aleksandru Osipov, 26. Vsevolod Nihayev, 30. Denis Makaliçi, 31. Danila İqnatov, 39. Vladimir Kovcenko, 90. Vadim Dijnari, 99. Yevgeni Berko

Ehtiyat oyunçular: 12. Mixail çioban, 4. Stanislav Ploxotnyuk, 14. Nikolay Stoyanov, 18. Yevgeni Pleşko, 22. İvan Morarenko, 32. Vladislav Qreçul, 33. Yeqor çesnokov

Baş məşqçi: Luka Pavloviç

"Qəbələ": 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k), 8. AbbasAğazadə, 10. Təbriz İsazadə, 11. Samir Qurbanov, 15. İdris İnqilablı, 17. Rauf Məhərrəmov

Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 9. Əli Mürsəlov, 13. Nicat Əliyev, 14. Xəyal Muradov, 16. Nicat Oruclu, 18. Samir Məhərrəmli

Baş məşqçi: Emin İmaməliyev

Tiraspol. "Şerif" stadionunun kiçik arenası. Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)

İlk oyun – 1:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest