"Atletiko" daha bir futbolçusu ilə yollarını ayırıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Xuanfran Madrid klubu ilə vidalaşıb.

Bu gün mətbuat konfransı keçirən 34 yaşlı futbolçu bu gün təşkil etdiyi mətbuat konfransında ayrılığını açıqlayıb: "Bu, "Atletiko"da son günümdü. ümid edirəm ki, tezliklə dönərəm. "Atletiko"da keçirdiyim dönəm karyeramın ən gözəl illəri olub".

Qeyd edək ki, "Real"ın yetirməsi olan Xuanfran 2011-ci ildən bəri "Atletiko"nun formasını geyinib. Onunla yanaşı, Lusiano Vyetto, Lukas Ernandes, Dieqo Qodin, Filipe Luis və Antuan Qrizmann da komandanı tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest