Bu gün Misli Premyer Liqasında Azərbaycan derbisi baş tutacaq.

Matc.az xəbər verir ki, 31-ci turun qarşılaşmasında lider "Qarabağ" ev oyununda əzəli rəqibi "Neftçi" ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq. "Qarabağ" klubunun açıqlamasında bildirilir ki, qarşılaşmaya 5300 bilet satılıb.

Qeyd olunub ki, azarkeşlər biletləri iTicket.az üzərindən onlayn şəkildə və ya Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər. Qapıların azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacağı da bildirilib.

Rəsmi məlumata əsasən, bu komandalar arasında ən son 3-cü dövrədə "Neftçi Arena"da keçirilən matçı 9355 nəfər izləyib.

Qeyd edək ki, 30 turdan sonra turnir cədvəlində "Qarabağ" 73 xalla 1-ci, "Neftçi" isə 35 xalla 6-cı yerdədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest