Ötən gün Kilian Mbappenin klubu "Kan" Fransa Liqa 2-nin 31-ci turunda evdə "Martiqu"ya uduzub - 0:3.

Matc.az xəbər verir ki, bu məğlubiyyətdən sonra komanda Fransanın ikinci liqasında qalmaq şanslarını itirib.

"Kan" 1983-cü ildən bəri ilk dəfə ölkənin üçüncü ən güclü divizionuna düşüb. Hazırda komanda mövsümün bitməsinə üç tur qalmış 16-cı pillədən 10 xal geri qalaraq, Liqa 2-nin turnir cədvəlində sonuncu, 18-ci yeri tutur. 2023/2024 mövsümündə isə "Kan" Liqa 2-nin turnir cədvəlində altıncı yeri tutub.

Xatırladaq ki, "Real"ın və Fransa yığmasının hücumçusu Kilian Mbappe "Kan"ın nəzarət paketini 20 milyon avro ödəyərək ötən yay alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest