"Amnesty İnternational" təşkilatı yeni öz ampluasındadı. İllərdi hiyləgər və riyakar Sorosun dəyənəyinə çevrilmiş bu qurum Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib və bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib. Azərbaycanı, onun uğurlarını sevməyən, qısqanan bu qurumun iddiaları o qədər əsassızdı ki, hətta hərdən cavab verib baş qoşmamaq istəyirsən. Amma bu da mümkün deyil. Tam korrupsiyalaşmış "Amnesty İnternational"ın Azərbaycanla bağlı qərarları məhz anti-Azərbaycan və erməni güclərin sifarişi ilə təşkil edildiyi artıq heç kimdə şübhə doğurmur. Hansı əsasla, hansı məntiqlə, hansı nüfuzlu ekspertin rəyi ilə belə mövqe ortaya atılır, bunu ancaq onların havadarları bilir. Görün, Ermənistana qarşı hansısa addımı olubmu bu qeyri-ciddi təşkilatın? Onlar Ermənistanın oyuncaq dövlət olduğunu gözəl bilirlər. Onların işi dünya arenasında müstəqil siyasət yürüdən ölkələrə, o cümlədən, Azərbaycana təzyiq etməkdi. Bu zavallılar hələ də anlamırlar ki, Azərbaycanla təzyiq dilində danışmaq mümkün deyil.

İndi nə istəyir bu qurum?

Azərbaycanda insan haqlarının total və sürəkli şəkildə pozulmasını bəhanə gətirir. Daha sonra təşkilat "Arsenal"ın erməni yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıya, final matçına yollanmaqdan boyun qaçırması qərarına bəraət qazandırır.

"Amnesty İnternational"ın Britaniya bölməsinin direktoru Keyt Allenin dediyinə görə, futbolçular, azarkeşlər və komandaların texniki heyətləri Bakıya getməkdən boyun qaçırmalı, Azərbaycanı bu minvalla "cəzalandırmalı"dı.

Və nəhayət, sən demə, "Arsenal" və "çelsi" klublarının azarkeşlərinin Bakıya yollanmaları çətindi, onlara yetərincə bilet ayrılmayıb.

O qədər absurd yalanlardı ki...

Cavab verəkmi? Yox, qoy bunlara biz yox, elə ingilislərin özləri cavab versin.

Amma əvvəlcə onu da qeyd edək ki, artıq Qərbin "Footbal Nation Radio",  "The Citizen", "Sport 24", AFP, Reuters, "The İrish Times", "Metro", "İnside World Football", "Sports İllustrated", "Marca", "Kicker", "Ronaldo.com", "The Week", "Stuff", "Forbes", "The National", "Fox Sports", "Mena FN",  "footbolnationalradio, life.ru, foxsports.com, amr.ci.com – sayı yüzlərlədi - kimi nüfuzlu KİV-i yayılan böhtanlara layiqincə qiymət veriblər. ümumi tezis isə budu: Bakı finala hazırdı. Mxitrayanın təhlükəsizliyinə tam təminat var, azarkeşlərin Bakıya çatdırılması üçün problem yoxdu. Yüksək səviyyəli Bakı otelləri və qonaqpərvər azərbaycanlılar sizi gözləyir.

İndi isə buyurun:

"Mayın 29-da Bakıda Avroliqanın final matçında "Arsenal" və "çelsi" qarşılaşacaqlar. Bakıda əsl futbol bayramı olacaq. Eyni zamanda Bakının necə gözəl şəhər olduğunu, yaşam üçün çox rahat məkan olduğunu bütün dünya görərdi. Bakıda ailəmlə birlikdə illərlə yaşamışam və oranın necə də gözəl, təhlükəsiz yer olduğunu bilirəm". Bu sözlər  ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzaya məxsusdu.

Brayza daha sonra deyir:

"Mxitaryanın təhlükəsizliyin təminatı ilə bağlı məsələləri bəhanə edərək Bakıya getmək istəməməsi məni təəssüfləndirdi. Yəqin onun şəxsi qərarıdı. Lakin qərarı müdrik saymıram. Onun Bakıda meydana çıxanda təhlükəsizliyin təminatı ilə qayğılanması üçün heç bir səbəb yoxdu. Bakıda olan, orada rahat gəzib-dolaşmış çox erməni tanıyıram. Futbola siyasəti qatmaq olmaz. Matç Bakının gözəlliyini bir daha nümayiş etdirəcək".

Yəqin xəbəriniz var. İndiyə qədər bir çox ingilis futbolçu və mütəxəssis futbolumuzun inkişafı üçün xidmət göstərib. Toni Adams, Deril Villard kimi məşqçilər, Deon Barton, Terri Kuk kimi futbolçular... Onlaradan ikisi, Mik Bennettlə Fil Şarples isə hələ də Azərbaycanda çalışır, burda yaşayırlar. Bennet "Neftçi"nin akademiyasında, Şarples isə Qəbələdə işləyir.

"Gecə saatlarında London küçələri təhlükəli ola bilər, amma Bakıda belə deyil"

Gəlin, Fil Şarplesin dinləyək: "Uzun müddətdi, konkret desəm, 8 ildi burda yaşayan biri kimi Avroliqanın final oyunu adı ətrafında bu dərəcədə yaranan gərginliyi başa düşə bilmirəm. Azərbaycan xalqını yaxşı tanıyıram. Onlar təhlükəli deyillər, nə fanatdırlar, nə də xuliqan. Bura müasir texnologiyalara qucaq açan, inkişaf üçün yollar axtaran və qonaqlara dini inanclarına görə qiymət verməyən ölkədi. Bəli, Böyük Britaniya ilə Azərbaycan arasındakı məsafə çoxdu. Amma hər iki komanda İngiltərəni təmsil edirsə və məsafə şərtləri hər ikisi üçün eynidisə, burda nə problem var?! İngiltərə mətbuatı heç nədən gərginlik yaradır. 

Azərbaycanlılar dostluğu sevən və yeni təcrübə axtarışında olan millətdi. Ona görə də heç bir ingiltərəli Bakıya gəlməkdən qorxmamalıdı. "Arsenal"ın erməni futbolçusu Bakıya gəlməyəcək. Bu artıq onların seçimidi. ölkə prezidenti erməni futbolçunun təhlükəsizliyinə dair zəmanət veribsə, deməli, heç bir problemdən söhbət gedə bilməz. Şəxsən özümü Bakıda olduqca rahat edirəm. Və bu 8 il ərzində heç vaxt həyəcanlanmağım, yaxud qorxmağım üçün əsas olmayıb. Gecə saatlarında London küçələri təhlükəli ola bilər, amma Bakıda belə deyil. özüm Londondanam, ona görə də vəziyyətdən xəbərdaram. İngiltərəli jurnalistlər heç bir məlumatı olmadığı ölkə haqda insanlara mənfi fikir formalaşdırır. O cür yazan jurnalistlərin heç biri burda olmayıb, burdakı vəziyyətlə tanış deyil. Ona görə də neqativ xəbərləri istədikləri kimi "uçurda" bilirlər.

İngiltərədə və müxtəlif ölkələrdə yaşayan "çelsi"ylə "Arsenal" azarkeşləri böyük məmnuniyyətlə Bakıya gələ bilərlər. Əmin olsunlar ki, onlar burda əsl qonaq kimi qarşılanacaqlar. Həm futboldan, həm şəhərdən, həm də özlərinə qarşı münasibətdən hədsiz zövq alacaqlar".

"Arsenal"la "çelsi"nin başqa millətdən olan azarkeşlərinə demək istəyirəm ki, Bakı ziyarət etmək üçün gözəl şəhərdi"

Mik Benet: "Erməni futbolçunun adı ətrafında bu cür səs-küy salmağa ehtiyac yoxdu. Mxitaryanla bağlı mövzuda ətraflı danışmaq istəmirəm. çünki bu siyasətçilərin həll etməli olduğu məsələdi. Həmyerlilərimə, həmçinin "Arsenal"la "çelsi"nin başqa millətdən olan azarkeşlərinə demək istəyirəm ki, Bakı ziyarət etmək üçün gözəl şəhərdi. özünəməxsus mədəniyyəti və valehedici arxitekturası var. Bakı dünyanın bəlkə də ən təhlükəsiz şəhərlərindən biridi. Əminəm ki, turistlərin Azərbaycana səfər etməsində, oyunun istənilən səviyyədə baş tutmasında heç bir problem olmayacaq. Və belədə Avroliqanın finalı ölkə adına böyük uğur sayılacaq".

Bunu isə "çelsi"nin ulduzu David Luiz deyir:

"Futbol siyasət deyil. "Qarabağ"la oynayan zaman oranı gəzmək şansımız olmuşdu. Azərbaycan gözəl ölkədi". David düz deyir: Gəlin, bu ölkəyə və tamaşa edin. Qalibin kim olmasının bizim üçün fərqi yoxdu. Qalib indidən Azərbaycandı!

 

Səbuhi MƏMMƏDLİ  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest