"Red Bull"un beynəlxalq əlaqələr üzrə direktoru, Yurgen Kloppun agenti Mark Kosike alman məşqçinin "Real"a və ya Braziliya millisinə mümkün təyinatı ilə bağlı yayılan məlumatları şərh edib.
Matc.az xəbər verir ki, Kosike bu barədə "Sky Sport Germany" nəşrinə açıqlama verib.
"Mən başa düşürəm ki, Kloppla bağlı Avropanın ən yaxşı klubları və bəzi federasiyalarda məsləhətləşmələr davam edir. Bununla belə, o, növbəti mövsümdən baş məşqçi postunu tutmaq niyyətində deyil: nə "Real"da, nə də Braziliya millisində. Yurgen "Red Bull"un qlobal rəhbəri rolundan razıdır və davam edən müqaviləsi var, ona görə deməyə əlavə bir şey yoxdur".
Daha əvvəl mətbuatda 57 yaşlı mütəxəssisin Red Bull-da tutduğu vəzifədə getdikcə tükəndiyini və məşqçilik fəaliyyətini bərpa etmək variantlarını nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı.