"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yeni mövsümdən "Yuventus"u çalışdıracaq. Matc.az xəbər verir ki, bu iddia ilə "RAI Sport" çıxış edib.

Bildirilir ki, ispaniyalı mütəxəssis Turin klubu ilə müqavilə şərtlərini razılaşdırıb. Hətta iyunun 4-də Qvardiolanın yeni komandası ilə rəsmi sözləşmə imzalayacağı və bundan 10 gün sonra ictimaiyyətə təqdim ediləcəyi də vurğulanıb. 48 yaşlı çalışdırıcının İtaliya çempionu ilə 4 illik müqavilə bağlayacağı və illik maaşının 24 milyon avro olacağı da deyilir.

Qeyd edək ki, Pep Qvardiola bir müddət əvvəl "Mançester Siti" ilə müqavilə müddətini 2021-ci ilə qədər uzatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest