"Barselona" daha bir gənc futbolçunu transfer edib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Qroningen"in yarımmüdafiəçisi Lüdovit Reys karyerasını İspaniya klubunda davam etdirəcək.

Anlaşmaya görə, transfer "Qroningen"ə 3 milyon 250 min avro qazandırıb. Yeni komandası ilə 3+2 illik müqavilə bağlayan hollandiyalı futbolçu "Ayaks"dan yenicə alınan həmyerlisi Frenki de Yonqdan fərqli növbəti mövsümü "Barselona"nın ikinci komandasında keçirəcək. Yalnız bir ildən sonra klub onu əsas heyətə cəlb etməyi düşünür. Müqavilədə yer almış bəndə əsasən, gənc oyunçunun sərbəst qalma məbləği 100 milyon avrodu.

Qeyd edək ki, Ludovit Reys geridə qalan mövsüm Hollandiya çempionatında 29 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest