Veteran qapıçı Qabor Kiray karyerasını bitirib. Matc.az saytının məlumatına görə, Macarıstan yığmasının keçmiş "çərçivə qoruyucusu" 43 yaşında əlcəklərini mismardan asmaq qərarına gəlib.

Yaşıl meydanlarda daha çox idman şalvarı ilə oynamasıyla diqqət çəkən Kiray zəngin karyeraya sahib olub. O, "Herta", "Kristal Palas", "Aston Villa", "Vest Hem", "Bayer", "Fulhem" kimi komandaların şərəfini qoruyub.

Qeyd edək ki, qapıçı Macarıstan yığması ilə 108 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest