Avropa Liqasının qrup mərhələsinin II turu "Qarabağ"ın futbolçusu Qara Qarayev üçün əlamətdar olacaq. Matç.az saytı xəbər verir ki, yarımmüdafiəçi 70-ci avrokubok oyununa çıxacaq.

Yubiley İngiltərə "Arsenal"ı ilə Bakıdakı görüşə təsadüf edəcək. İndiyədək qitə miqyaslı klub turnirlərində 69 matçda iştirak edən Qara hələ qol hesabını açmayıb.

Yalnız bir klubun – "Qarabağ"ın formasını geyinən yarımmüdafiəçi çempionlar Liqasında 29, Avropa Liqasında 40 dəfə şans qazanıb. O, avrokuboklarda 2010-cu ildə "Metallurq"la Makedoniyanın paytaxtı Skopyedəki matçda debüt edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest