Baş məşqçi mayın 26-da və 27-də ağıq məşqlər və taktiki plan üzərində çalışmağı planlaşdırır. Ayın 28-də isə çalışdırıcı mətbuat önünə çıxacaq. Həmin gün komandanın meydana yalnız şəkil və video çəkdirmək üçün çıxması gözlənilir.

Avropa Liqasının final oyununa hazırlaşan "Arsenal"ın Bakı proqramı müəyyənləşib. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, komanda qarşılaşmadan 4 gün əvvəl paytaxtımıza təşrif buyuracaq.

Belə ki, baş məşqçi Unay Emeri mayın 25-də, şənbə günü komandasını ölkəmizə gətirəcək. İspaniyalı mütəxəssisin bu qərarı qəbul etməsi finala ciddi yanaşması ilə əlaqələndirilir. Emeri yetirmələrinin Bakıya və burdakı hava şəraitinə uyğunlaşması üçün bunu məqsədəuyğun bilib.

Baş məşqçi mayın 26-da və 27-də ağıq məşqlər və taktiki plan üzərində çalışmağı planlaşdırır. Ayın 28-də isə çalışdırıcı mətbuat önünə çıxacaq. Həmin gün komandanın meydana yalnız şəkil və video çəkdirmək üçün çıxması gözlənilir. çünki Emeri son məşqin fitness-zalda olmasının tərəfdarıdı. Bununla o, futbolçuların son durumunu rəqibdən gizləmək məqsədi güdür.

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. "Arsenal" həlledici qarşılaşmada "çelsi" ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest