"İlk hissədə hesabda geri düşdük. Rəqib fasiləyədək cəmi bir qol imkanı yaratdı, ondan da maksimum istifadə etdi. İkinci hissə isə bizim üstünlüyümüz şəraitində keçdi, oyun intizamından qopmadıq".

"Bizim üçün asan oyun olmadı. Rəqibin heyətində meydana çıxan bəzi oyunçular əsas komandanın üzvləridi". Matc.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç deyib.

Serbiyalı mütəxəssis millimizin Sloveniyada Xorvatiyanın "Slaven Belupo-2" komandası ilə keçirdiyi yoxlama görüşünü dəyərləndirib. O, affa.az saytına açıqlamasında rəqibin kifayət qədər təcrübəli futbolçularının olduğunu söyləyib: "İlk hissədə hesabda geri düşdük. Rəqib fasiləyədək cəmi bir qol imkanı yaratdı, ondan da maksimum istifadə etdi. İkinci hissə isə bizim üstünlüyümüz şəraitində keçdi, oyun intizamından qopmadıq. Fasilədən sonra oyuna və topa tam nəzarət edə bildik. Xüsusən də, müdafiədə yaxşı çıxış etdik, heç bir səhvə yol vermədik. Rəqib kobud oyuna üstünlük versə də, biz sonadək mübarizə apardıq, əsl əzmkarlıq nümayiş etdirdik və lazım olan qolu vurduq".

Qeyd edək ki, oyun 1:1 hesabı ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest