Üstəlik xüsusi plan işlənib hazırlanmış və klubla oyunçuya təqdim olunmuşdu. Ancaq Azərbaycan hakimiyyətinin və UEFA-nın bütün təminatlarına rəğmən Bakıya yollanmaq istəməyən futbolçunun qərarına hörmətlə yanaşırıq.

"Arsenal"ın Henrik Mxitaryanı Bakıya gətirməmək qərarına UEFA da münasibət bildirib. Matc.az saytının məlumatına görə, bununla bağlı qitənin ali futbol qurumundan "goal.com" nəşrinə açıqlama verilib.

Bildirilib ki, futbolçunun təhlükəsizliyi ilə bağlı üçtərəfli görüşlər müsbət nəticə versə də, yekunda əks yöndə qərar verilməsinə hörmətlə yanaşırlar: "Arsenal", UEFA və Azərbaycanın rəsmi dairələri arasında aparılan danışıqlar zamanı təhlükəsizliklə bağlı yetərincə təminat əldə etmişdik. üstəlik xüsusi plan işlənib hazırlanmış və klubla oyunçuya təqdim olunmuşdu. Ancaq Azərbaycan hakimiyyətinin və UEFA-nın bütün təminatlarına rəğmən Bakıya yollanmaq istəməyən futbolçunun qərarına hörmətlə yanaşırıq".

Qeyd edək ki, mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda "Arsenal"la "çelsi" üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest