Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldo "Mançester Yunayted"lə çempionlar Liqasının qarşılaşmasından öncə mətbuat konfransına qatılıb.

ABŞ-ın Las-Veqas şəhərindəki otellərin birində qadını zorlamaqda ittiham olunduqdan sonra mətbuatdan yayınan futbolçu sükutuna son qoyub. O, günahsız olduğunu əminliyini gizlətməyib: "Bu barədə yalan danışmayacam. Həyatımdan da, futbolçu karyeramdan da çox xoşbəxtəm. Mən də, vəkillərim də günahsız olduğuma əminik. Məsələyə hərtərəfli baxmaq lazımdı. öhdəçiliyimdə olan insanlar var. Amma həqiqət hər şeydən öndədi və bu üzdən də tam rahatam".

Ronaldo konfrans zamanı həm də saatı ilə diqqət mərkəzinə düşüb. Ulduz futbolçu qolundakı saatı açıq-aşkar şəkildə nümayiş etdirib.

Mikrofonu və su içdiyi vaxt stəkanı tutan zaman əli ilə poza verən Ronaldo brilyant qaş-daşlarla bəzədilən saatını göstərib. Futbolçunun zinət əşyaları arasında yer alan bu saatın qiyməti 1 milyon 200 min dollardı.

Qeyd edək ki, Ronaldo 2009-cu ildə oteldə model Katrin Mayorqanı zorladığı və bunu ört-basdır etdiyi üçün 370 min dollar verdiyi iddiaları ilə günahlandırılır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest