Bu gün İsveçrənin Sürix şəhərində FİFA və AFFA rəhbərliyi arasında görüş keçirilib. Matç.az saytı xəbər verir ki, FİFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında keçirilmiş görüşdə Azərbaycan futbolu ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

FIFA və AFFA arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Abdullayev bu il Rusiyada keçirilmiş dünya çempionatının yüksək səviyyə təşkil olunması ilə bağlı İnfantinonu təbrik edib.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest