UEFA Avropa Liqasının kuboku Gəncəyə aparılıb. Matc.az AFFA-ya istinadən xəbər verir ki, kubok mayın 19-da saat 15:00-dan etibarən Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında nümayiş olunacaq.
 
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin "Arsenal" və "çelsi" komandaları qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest