"Yuventus" mövsümün sonunda istefaya göndərəcəyi Massimiliano Alleqrinin yerinə namizədləri müəyyənləşdirməyə başlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərliyin bir nömrəli namizədi Simone İnzagidi.

"Latsio"nun çalışdırıcısı yeni müqavilə məsələsində klubla anlaşmayıb və mövsümün sonunda romalıları tərk edə bilər. "Qoca sinyora"nın direktorları Pavel Nedved və Fabio Paratiçi 43 yaşlı mütəxəssisi dəstəkləyir.

İtaliya çempionuna digər namizədlər isə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola, "Tottenhem"in çalışdırıcısı Mauritsio Poçettino və Fransa yığmasının "sükanı arxası"nda olan Didye Deşamdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest