"Bavariya"nın baş məşqçisi Niko Kovaçın taleyinə aydınlıq gəlib. Matc.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Münhen təmsilçisi xorvatiyalı mütəxəssislə yollarını ayıracaq.

Doğrudu, "Bavariya" hazırda Bundesliqaya liderlik edir və Almaniya kubokunda finaldadı. Buna baxmayaraq, komanda hər iki turnirin qalibi olsa belə, rəhbərlik Kovaçı istefaya göndərəcək. Buna əsas səbəb çalışdırıcının futbolçularla yola getməməsidi.

Bu posta ən real namizəd PSV-nin çalışdırıcısı Marko van Bommeldi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest