Futbol tarixində ilk dəfə Avropanın ən nüfuzlu iki klub turnirinin finalında eyni ölkənin təmsilçiləri iştirak edəcək. Matc.az saytı xəbər verir ki, İngiltərə klublarından "Liverpul"la "Tottenhem" çempionlar Liqasının, "Arsenal"la "çelsi" isə Avropa Liqasının həlledici qarşılaşmasında üz-üzə gələcək.

Adıçəkilən klubların hər birinə əcnəbi mütəxəssisin rəhbərlik etməsi diqqətçəkən məqamdı. "Liverpul"a alman Yurgen Klopp, "Tottenhem"ə argentinalı Mauritsio Poçettino, "çelsi"yə italyan Mauritsio Sarri, "Arsenal"a isə ispan Unay Emeri rəhbərlik edir.

Həmçinin komandaların futbolçu heyətlərində də gəlmələr kifayət qədərdi. Məsələn, "Arsenal"ın heyətinin cəmi 20 faizini ingilislər təşkil edir. Bu baxımdan "Tottenhem" digərlərini qabaqlayır. Poçettinonun rəhbərliyi altındakı oyunçuların 41%-i yerlidi.

"Arsenal": İngiltərə (4 futbolçu), Almaniya, İspaniya, Fransa (3), Yunanıstan, İsveçrə (2), çexiya, Bosniya və Herseqovina, Misir, Ermənistan, Uels, Uruqvay, Qabon, Nigeriya (1).

"çelsi": İngiltərə (8), İspaniya (4), İtaliya (3), Argentina, Braziliya, Fransa (2), Polşa, Almaniya, Danimarka, Uels, Xorvatiya, Belçika (1).

"Liverpul": İngiltərə (11), Braziliya, Hollandiya (3), Belçika (2), İrlandiya, Xorvatiya, İspaniya, Şotlandiya, Uels, Kamerun, Qvineya, Misir, Seneqal, İsveçrə (1).

"Tottenhem": İngiltərə (12), Argentina (3), Fransa, Hollandiya, Belçika (2), Kolumbiya, Fil Dişi Sahili, Uels, Keniya, Danimarka, Braziliya, İspaniya, Cənubi Koreya (1).

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda, çempionlar Liqasının həlledici oyunu isə iyunun 1-də Madriddəki "Vanda Metropolitano"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest