Türkiyə Futbol Federasiyasına (TFF) yeni prezident seçkilərinin tarixi müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, iyunun 1-də İcraiyyə Komitəsi bir araya gələcək.

Həmin gün səsvermə olacaq və yeni prezident müəyyənləşəcək. Əgər namizədlər tələb olunan sayda səsi toplaya bilməsələr, ertəsi gün yenidən səsvermə keçiriləcək. İkinci cəhddən də bir nəticə hasil olmasa, 3-cü dəfə iyunun 9-da yığıncaq olacaq.

TFF prezidentliyinə ilk namizədin hazırkı vitse-prezident Nihat özdəmir olacağı bildirilib.

Qeyd edək ki, 2012-ci ildən federasiyaya başçılıq edən Yıldırım Dəmirörən bu ilin fevralında istefa verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest