Mövsüm bitər-bitməz heyətində "təmizləmə işləri"nə başlayan "Keşlə"də daha 2 futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, klub rəhbərliyi Slavik Alxasovdan sonra müdafiəçi Sərtan Taşkın və yarımmüdafiəçi Vüsal İsgəndərli ilə də yola davam qərarı verib.

Həm Sərtan, həm də Vüsalın klubla müqavilə müddəti gələn ilin yayına qədərdi. Bakılılar bu müddətin sonuna qədər onların xidmətindən yararlanmağı qərara alıb. Beləliklə, 22 yaşlı müdafiəçi və 24 yaşlı yarımmüdafiəçi gələn mövsümü də paytaxt klubunda keçirəcək.

Qeyd edək ki, "Keşlə" bu gün 13 oyunçusu ilə yollarını ayırdığını bəyan edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest