Vaxtilə "Bakı" klubunda Aleksandr Starkovun köməkçisi kimi çalışmış İqor Klosov baş məşqçiliyə başlayıb. Matc.az saytının Latviya mətbuatına istinadən məlumatına görə, mütəxəssis "Ventspils"i çalışdıracaq.

Bunu klubun idman direktoru Andrey Butriks deyib. O bildirib ki, bu ayın əvvəlində baş məşqçi Deyan Vukçeviçin istefasından sonra boş qalan posta Klosov təsdiqlənib. Klosov monteneqrolu mütəxəssisin köməkçisi idi və onun istefasından sonra komandaya müvəqqəti rəhbərlik edirdi. Klub rəhbərliyi dünən baş tutan iclasdan sonra Klosovla baş məşqçi kimi müqavilə bağlamaq qərarına gəlib.

Qeyd edək ki, Aleksandr Starkov 2011-2012-ci illərdə "Bakı"nın "sükanı arxası"nda olanda İqor Klosov ona köməklik edib. Mütəxəssis eyni zamanda Latviya millisində həmkarının yardımçısı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest