"Neftçi"nin yarımmüdafiəçisi Evangelos Platellas ölkəsi Yunanıstan mətbuatına müsahibə verib. Matc.az saytının məlumatına görə, "Arena FM"ə danışan 31 yaşlı hücumameyilli futbolçu Premyer Liqa və ölkəmiz barədə müsbət fikirlər səsləndirib.

- "Neftçi"yə keçidiniz və Azərbaycan futbolu haqda nə deyə bilərsiniz?

- Həqiqət budu ki, təklif üzərində çox düşünmədim, çünki Yunanıstanı heç vaxt tərk etməmişdim. Azərbaycan çempionatı yaxşıdı, hazırda yüksəlişdədi. Futbol oynamaq üçün hər cür şərait var, insanlar komandaya yaxın olur və bizə hörmət edirlər. Meydanda və ondan kənarda heç bir problemimiz yoxdu. Hər şey həll edilir və saat kimi işləyir. "Neftçi" ölkənin ən köklü klubudu. Burda əksər insanlar "Qarabağ"ı tanıyır və dəstəkləyirlər. çünki bu komanda son 6 ilin çempionudu.

- Yunanıstanı tərk etmək üçün doğru zaman idimi və qərarınızdan məmnunsunuzmu?

- Legioner həyatı yaşamaq əlavə motivasiya verdi. Qərarımdan peşman deyiləm, mənim üçün önəmli oldu. Fikrimcə, məndə hər şey yaxşı alındı. Sakit həyat üçün daha bir neçə il burda qalmaq istəyirəm.

- "Neftçi" Avropa Liqasının təsnifat mərhələsində "Aris"lə qarşılaşa bilərmi?

- Bəli, eşitdiyimə görə, belə bir ehtimal var. Salonikiyə gəlmək istəyirəm, amma rəqib kimi yox, daha sonra. Bir ildən çoxdu "Aris"i tərk etmişəm. Orda gözəl günlərim olub. Belə bir vəziyyətdə "Neftçi" ilə "Aris" asan cütlük olmaz.

- "Aris"lə bağlı xatirələriniz necədi?

- Orda gözəl günlərim olub, bizim xoş münasibətimiz var. Əvvəlki illərdə yüksəlişə keçə bilməyən "Aris"ə kömək etmişdim.

- Azərbaycanda mövsüm başa çatdı. "Neftçi" ilə toplanışa nə zaman başlayacaqsınız?

- Klubla müqaviləm var. Təxminən 25 gün sonra bir araya gəlib, toplanışa başlayacağıq. İstirahət üçün çox vaxtımız olmayacaq. Ancaq bu, bizim işimizdi və bu vacibdi. Salonikiyə yenidən gəlmək gözəldi. Bura yaxşı şəhərdi, bizi sevən insanlar var.

- Azərbaycana uyğunlaşa bilmisiniz?

- Bakı yaxşı şəhərdi, kiçik Dubaydı. Ora gedən hər kəs fərqli şeylər görür. Şəhərə çox yatırım olub, xeyli binalar var, onlar bitmir. Şəhər yenilənib, qaz və nefti var. Uyğunlaşmaqda çətinlik çəkəcəyimi düşünürdüm. çünki Yunanıstandan kənara çıxmamışdım və kiçik Selanik şəhərində yaşayırdım. Orda çox avropalı var, xüsusən də, fransız və ispanlar. Yunanıstandan isə mənəm.

- Gələcəkdə Yunanıstan millisindən dəvət gözləyirsiniz?

- Hər bir idmançı üçün milli komandanın formasını geyinmək ən vacibidi. çünki ölkəni təmsil edirsən. Bu, hər kəs kimi, mənim üçün də şərəf olar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest