"Mançester Yunayted"in kapitanı Antonio Valensiya maraqlı adımla diqqət mərkəzinə düşüb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu sosial şəbəkədə yanlışlıqla baş məşqçi Joze Mourinyo ilə bağlı mətni bəyənib.

Məsələ burasındadı ki, ekvadorlu oyunçu rəsmi instaqram hesabında şəklinin paylaşıldığı mətni bəyənib. Halbuki həmin yazıda Mourinyonun qovulmalı olduğu vurğulanıb. Onun bu hərəkəti böyük səs-küyə səbəb olub. Lakin futbolçu tezliklə portuqaliyalı mütəxəssisdən üzr istəyib: "Yazılanlar mənim fikrim deyil. Həmin paylaşımın yazısını oxumamış bəyənmişdim. çünki mənim şəkillərim yerləşdirilmişdi. Bu üzdən üzr istəyirəm".

Qeyd edək ki, uğursuz mövsüm keçirən "Mançester Yunayted" ardıcıl 4 oyundu qələbə üzünə həsrətdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest