"Roma"nın baş məşqçisi Klaudio Ranyerinin yeni komandası bəlli olub. Matc.az-ın xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis gələn mövsümdən Şotlandiyada fəaliyyət göstərəcək.

Bir müddət əvvəl "Roma"dan ayrılacağını açıqlayan 68 yaşlı çalışdırıcı "Seltik"lə anlaşıb. Şotlandlar hazırkı baş məşqçi Nil Lennonla yeni müqavilə bağlamayacaq və bu posta italiyalını gətirəcək.

Qeyd edək ki, Klaudio Ranyeri "Roma"nın "sükanı arxası"na bu ilin martında keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest