Avropa Liqasının finalçısı "çelsi" yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, "zadəganlar" ABŞ-da yerli "New England Revolution" komandası ilə xeyriyyə xarakterli oyunda üz-üzə gəlib.

Artıq 3-cü dəqiqədə Ross Barklinin qolu ilə önə keçən ingilislərin heyətində 29-cu dəqiqədə Olivye Jiru fərqlənib. İkinci hissədə Barkli həm dubla imza atıb, həm də qarşılaşmada son nöqtəni qoyub - 3:0. Böyükhesablı qələbə qazanan londonlularda baş məşqçi Mauritsio Sarri 10 əvəzləmədən istifadə edib.

Qeyd edək ki, "çelsi" mayın 29-da Bakı Olimpiya Stadionunda Avropa Liqasının final görüşündə "Arsenal"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest