İtaliya kubokunun final görüşü baş tutub. Matc.az saytının məlumatına görə, həlledici oyunda "Atalanta" ilə "Latsio" qarşılaşıb.

Romanın Olimpiya Stadionunda keçirilən qarşılaşmanın taleyi son dəqiqələrdə həll olunub. Belə ki, son 10 dəqiqədə rəqib qapısından iki cavabsız top keçirən "Latsio" tarixində 7-ci İtaliya kubokunun qalibi olub. Paytaxt təmsilçisi bununla 6 illik kubok həsrətinə də son qoyub.

 

İtaliya kuboku

Final

"Latsio" – "Atalanta" – 2:0

Milinkoviç-Saviç, 82; Korrea, 90

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest