"Bavariya" mövsümün sonunda baş məşqçi dəyişikliyinə əl ata bilər. Matc.az saytının "Bild"ə istinadən məlumatına görə, hazırkı çalışdırıcı Nikoa Kovaçın fəaliyyəti rəhbərliyi qane etmir.

Hətta münhenlilər bu posta namizədi də müəyyənləşdiriblər. Belə ki, PSV-nin baş məşqçisi Mark van Bommel yayda Bundesliqa nəhənginin "sükanı arxası"na keçə bilər. 42 yaşlı hollandiyalı 2006-2011-ci illərdə "Bavariya"nın formasını geyinib.

Qeyd edək ki, Mark van Bommel PSV-yə ötən ilin yayında keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest