PSJ hücumçusu Kilian Mbappeni satmaq istəmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris təmsilçisi hətta gənc forvarda yeni müqavilə də təklif edib.

"Real"ın transfer etmək istədiyi 20 yaşlı oyunçunun hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədərdi. PSJ müddətlə yanaşı, Mbappenin maaşını da artırmaq niyyətindədi. Fransızlar Mbappenin başqa klubla görüşünün qarşısını almaq üçün qısa müddətdə onunla sözləşməni yeniləməyə çalışır.

Qeyd edək ki, "Real" Kilian Mbappeni 250 milyon avroya transfer etmək fikrindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest