"Atletiko" daha bir futbolçusu ilə yollarını ayırır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Dieqo Qodindən sonra digər müdafiəçi Xuanfran da madridlilərlə vidalaşacaq.

34 yaşlı futbolçu klubun yeni 1 illik müqavilə təklifini rədd edib. Bu isə o deməkdi ki, Xuanfran mövsümün sonunda azad agent statusuna malik olacaq və karyerasını başqa komandada davam etdirəcək.

Qeyd edək ki, Xuanfran 2011-ci ildən "Atletiko"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest