çexiyanın gənclər liqasında XII turun oyunları keçirilib. Matç.az saytının məlumatına görə, Azərbaycanın U-21 yığmasının yarımmüdafiəçisi Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" səfər görüşünə çıxıb.

Praqa təmsilçisi Plzendə "Viktoriya"nın qonağı olub. 3:3 hesabı ilə başa çatan qarşılaşmada Nəbiyev öz sözünü deyə bilib. Belə ki, "Slaviya"nın ilk qolu avtoqol kimi qeydə alınıbsa, digər toplara 15 və 34-cü dəqiqələrdə Fərid Nəbiyev imza atıb. Millimizin üzvü eyni zamanda 20-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Bu nəticədən sonra aktivində 11 xalı olan "Slaviya" 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest