"InStat"ın təhlilinə əsasən İngiltərə Premyer Liqasında 2018-19 mövsümünün rəmzi komandası müəyyənləşib. Heyət 4 klubun oyunçularından təşkil olunub. Simvolik komandada "Liverpul"lular çoxluq təşkil edir.

"InStat"ın təhlilinə əsasən İngiltərə Premyer Liqasında 2018-19 mövsümünün rəmzi komandası müəyyənləşib. Matc.az saytı xəbər verir ki, heyət 4 klubun oyunçularından təşkil olunub.

"Mançester Siti" çempion olmasına baxmayaraq, simvolik komandada "Liverpul"lular çoxluq təşkil edir. Belə ki, "qırmızılar"ın 6 üzvü heyətə düşə bilib. Həmçinin "Mançester Siti", "çelsi" və "Mançester Yunayted" də oyunçu ilə təmsil olunublar. Siyahıya oyunların yarıdan çoxunda iştirak edən futbolçular salınıb.

Qapıçı: Allison Beker ("Liverpul")

Müdafiəçilər: Endryu Robertson, Vircil van Deyk, Joel Matip (hamısı "Liverpul"), Kayl Uolker ("Mançester Siti")

Yarımmüdafiəçilər: Fernandinyo ("Mançester Siti"), Pol Poqba ("Mançester Yunayted"), Eden Azar ("çelsi")

Hücumçular: Məhəmməd Salah, Roberto Firmino (hər ikisi "Liverpul"), Serxio Aquero ("Mançester Siti").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest