PSJ-nin yarımmüdafiəçisi Marko Verratti baş məşqçisi Tomas Tuxeli tərifləyib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı futbolçu onu parislilərin sabiq baş məşqçisi Unay Emeri ilə müqayisə edib.

26 yaşlı oyunçu hazırda "Arsenal"ın "sükanı arxası"nda olan Emeri ilə işləməyin daha çətin olduğunu bildirib: "Tuxel futbolçularla çox yaxınlıq edir. Bu xüsusiyyətinə görə hətta bəzən tənqid də olunur. O, özümüzü ən yaxşı şəkildə hazırlaşdırmağımıza kömək edən çox yaxşı insandı. çoxlu uğur qazanmaq üçün hamı bir istiqamətdə hərəkət etməlidi. Bu mövsüm məşqçilər korpusu və futbolçu heyəti arasında yaxşı əlaqə var. Hər bir məşqçinin tərzi müxtəlifdi. Ancaq Unay Emeri ilə işləmək çətin idi".

Qeyd edək ki, "Arsenal" növbəti oyununu sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest