"Səbail" daha 2 futbolçu ilə yollarını ayırıb. Bunu komandanın baş məşqçisi Aftandil Hacıyev deyib. O bildirib ki, braziliyalı müdafiəçi Enrike Perilyo və argentinalı hücumçu İmanol İriberiyə yeni müqavilə təklif edilməyib.

"Səbail" daha 2 futbolçu ilə yollarını ayırıb. Matc.az saytı xəbər verir ki, bunu komandanın baş məşqçisi Aftandil Hacıyev deyib.

O bildirib ki, braziliyalı müdafiəçi Enrike Perilyo və argentinalı hücumçu İmanol İriberiyə yeni müqavilə təklif edilməyib. Anlaşma müddəti başa çatan hər iki cənubi amerikalı birdəfəlik yola salınıb. Bu, "Səbail"in 4-cü ayrılığı olub. Komanda buna qədər Tamazi Tsetsxaladze və Ruslan Qurbanovla vidalaşmışdı.

Qeyd edək ki, Premyer Liqada 3-cü yeri tutan "Səbail" gələn mövsüm Azərbaycanı Avropa Liqasında təmsil edəcək. qol.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest