Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində "Arsenal" və "çelsi" klublarının rəsmilərinin, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq, eləcə də final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, həlledici qarşılaşma mayın 29-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest