İspaniya La Liqasını tərk edəcək son klub da bəlli olub. Matc.az xəbər verir ki, XXXVII turda öz meydanında "Levante"yə 1:2 hesabı ilə məğlub olan "Jirona"nın La Liqa2-yə yuvarlanacağı dəqiqləşib.

Sona bir tur qalmış 20 komanda arasında 18-ci pillədə qərarlaşan bu klubun "təhlükəli zona"nı tərk etməsi artıq mümkünsüzdü. "Jirona" növbəti mövsümdən aşağı liqada mübarizə aparacaq.

La Liqanı tərk etməsi dəqiqləşən digər iki komanda isə "Hueska" və "Rayo Valyekano"du.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest