Azərbaycan kubokunun final görüşünün təyinatları müəyyənləşib. "Qəbələ" ilə "Sumqayıt" arasında keçiriləcək həlledici qarşılaşma İnqilab Məmmədova həvalə edilib. Mayın 19-da baş tutacaq görüşdə ona Rahil Ramazanov və Pərvin Talıbov kömək edəcəklər.

Azərbaycan kubokunun final görüşünün təyinatları müəyyənləşib. Matc.az saytı xəbər verir ki, "Qəbələ" ilə "Sumqayıt" arasında keçiriləcək həlledici qarşılaşma İnqilab Məmmədova həvalə edilib.

Mayın 19-da Naxçıvan Muxtar Respublikasında baş tutacaq görüşdə ona Rahil Ramazanov və Pərvin Talıbov kömək edəcəklər. Oyunun ehtiyat hakimi Səbuhi Bayramov olacaq.

Hakimlərin işinə hakim-inspektor Vüsal Əliyev qiymət verəcəksə, matçın AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest