Premyer Liqada mövsüm başa çatan kimi "Qarabağ"la yollarını ayıran Yakub Jezniçakın karyerasını hansı ölkədə davam etdirəcəyi müəyyənləşib. Azad agent statusu daşıyan mərkəz müdafiəçisi bir neçə ölkədən təklif alıb.

Premyer Liqada mövsüm başa çatan kimi "Qarabağ"la yollarını ayıran Yakub Jezniçakın karyerasını hansı ölkədə davam etdirəcəyi müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə məlumat Polşa mətbuatında yazılıb.

Bildirilir ki, Azərbaycan çempionu ilə müqavilə müddəti başa çatan və azad agent statusu daşıyan mərkəz müdafiəçisi bir neçə ölkədən təklif alıb. Lakin 33 yaşlı futbolçu vətəni Polşaya dönmək qərarına gəlib. Polşa millisinin sabiq üzvü Ekstraklasanın bir neçə klubu ilə danışıqlar aparır. Onun xidmətində maraqlı olan komandalar arasında ən yaxşı futbolçusu kimi tarixinə düşdüyü "Legiya" da var.

Qeyd edək ki, Yakub Jezniçak "Qarabağ"a 2017-ci ilin yayında "Legiya"dan keçib. "Vidzev"in yetirməsi Azərbaycana gəlməzdən əvvəl 13 il "Legiya"nın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest