İngiltərə Premyer Liqasında cari mövsümün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, sözügedən mükafata "Liverpul"un müdafiəçisi Vircil van Dayk yiyələnib.

2018-2019-cu il mövsümündə iştirak etdiyi 37 oyunda 4 qolla yadda qalan hollandiyalı futbolçu, bu mükafat uğrunda komanda yoldaşlarından Məhəmməd Salah, Sadio Mane, "Mançester Siti"dən Serxio Aquero, Bernardo Silva, Rahim Sterlinq, eyni zamanda, "çelsi"dən Eden Azarla qiyabi mübarizə aparıb.

Mükafatın qalibi azarkeşlər, 20 Premyer Liqa klubunun kapitanı və futbol mütəxəssislərinin səsverməsi ilə müəyyən olunur.

Van Dayk 2011/12 mövsümündən bəri ən yaxşı oyunçu seçilən ilk müdafiəçi olub. Sonuncu dəfə müdafiəçi kimi bu ada "Mançester Siti"li Vensan Kompani yiyələnib

Qeyd edək ki, ötən mövsüm bu mükafatın qalibi Məhəmməd Salah seçilmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest