05 Dekabr 2024, 13:30
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümünün birinci mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 9-cu qrupda yer alan U-17 Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.
Birinci mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.

            
 










